Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:26

Həbsdə olan vəkilin işi... qaytarıldı


Foto illüstrasiaya
Foto illüstrasiaya

-

Dələduzluqda təqsirləndirilən Mənsum Bayramov barəsindəki hökmdən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılıb. Xəbəri «Report» yayıb.

Apellyasiya məhkəməsi işi baxışdan çıxarıb, birinci instansiya məhkəməsinə qaytarıb. İşə yenidən Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq.

M.Bayramov 2014-cü ilin sentyabrında dələduzluqda təqsirli bilinərək həbs olunub. Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham edilib. O, uzun illər Azərbaycan Xalq Cəbhəsi Partiyası Ali Məclisinin Rəyasət Heyətinin üzvü olub. M.Bayramov 2005-ci ildə AXCP-dən deputatlığa namizədliyini irəli sürüb. O, həbs olunan vaxta kimi Vəkillər Kollegiyasının üzvü olub. 2015-ci il noyabrın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan M.Bayramov Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

XS
SM
MD
LG