Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:35

BVF Kiyevə yardımı hələlik dayandırır


ABŞ dolları və Ukrayna qrivnası

ABŞ dolları və Ukrayna qrivnası

-

Beynəlxalq Valyuta Fondu Ukraynaya yardımı hələlik dayandırıb, indiki hökumətlə bağlı duruma aydınlıq gəlməsini gözləyir. Bunu ölkənin maliyyə naziri fevralın 8-də bildirib.

Ötən həftə iqtisadiyyat naziri qəfil istefa verib. Maliyyə naziri Natalia Yaresko-nun Ukraynanın ICTV televiziyasına dedikləri siyasi böhranın ölkənin kreditorlarla münasibətlərinə yaratdığı təhlükəni göstərir.

Baş nazir Arseny Yatseniuk hökumətinə dəstəyin zəif olması daha böyük nazir yerdəyişmələri barədə gözləntiləri artırıb. Fevralın ortasında hökumətə etimad səsverməsi keçirilə bilər.

Ukrayna oktyabrdan bəri BVF-nin 40 milyard dollarlıq yardım paketi çərçivəsində daha çox vəsait ayırmasını gözləyir. Həmin yardım BVF, Avropa Birliyi və Birləşmiş Ştatlar xəttilə ayrılır. Ancaq yardımdan ötrü Ukraynadan islahatlar, iqtisadiyyatın daha rəqabətli edilməsi, korrupsiyanın azaldılması istənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG