Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 19:45

-

Səudiyyə Ərəbistanının Xarici işlər naziri Adel al-Jubeir Suriyaya xüsusi qüvvələr göndərməyin müzakirə olunduğunu bildirib. Bu, İslam Dövləti (İŞİD) silahlı qruplaşmasına qarşı ABŞ koalisiyası çərçivəsində həyata keçirilə bilər.

Adel al-Jubeir fevralın 8-də bildirib ki, Səudiyyə belə əməliyyatlara qoşulmağa hazır olduğunu ifadə edib.

Səudiyyəli nazir Vaşinqtonda ABŞ Dövlət katibi John Kerry ilə görüşüb. Onlar Suriya və Yəməndəki münaqişələri müzakirə ediblər.

Departamentin sözçüsü də Suriyada “quru qüvvələri” barədə danışıqlar olduğunu təsdiqləyib.

Rusiya hava zərbələri ilə Suriya prezidenti Bashar al-Assad-ı dəstəkləyir. Hazırda hökumət qüvvələri Türkiyə sərhədinə doğru irəliləyir.

ABŞ Prezidenti Barack Obama Suriyaya ABŞ quru qüvvələrinin göndərilməsinə qarşı çıxıb. Ancaq ötən il 50 xüsusi əməliyyatçı göndərməyə qərar verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG