Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:00

Ovçuları «su» ovladı...


Ov
Ov

-

Fevralın 9-u İmişli rayonunun Xəlifəli kəndinin çöl sahəsində gecə saatlarında ovdan qayıdan Ərəb əsilli şəxslərin idarə etdikləri «Toyota Prado» markalı avtomobil su kanalına düşüb.

Nəticədə avtomobilin sürücüsü, 45 yaşlı Səudiyyə Ərəbistanı vətəndaşı Salam Əli Əlmari və sərnişin, Qətər vətəndaşı, 37 yaşlı Misali Zeyd Əl Subuhi suda boğularaq ölüblər. Xəbəri APA yayıb.

Daha bir nəfər, 26 yaşlı Qətər vətəndaşı Əbail Əziz Sədəl Kabi İmişli rayon xəstəxanasına yerləşdirilib.

Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir. Ölən şəxslər sudan çıxarılaraq İmişli rayon patoloji anatomiya və tibbi ekspertiza mərkəzinə təhvil verilib.

Faktla bağlı İmişli rayon polis şöbəsində araşdırma aparılır.

XS
SM
MD
LG