Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:47

-

Azərbaycandakı bəzi regional təsərrüfatlarda genetik modifikasiya olunmuş (GMO) bitki toxumlarından istifadə vəziyyətini yoxlamaq üçün mart ayından araşdırmalar aparılacaq. ”Trend” xəbəri Genetik Modifikasiya Olunmuş Bitkilər üzrə Ekspert Şurasının sədri Mehrac Abbasova isnadən yayıb.

M.Abbasov ölkənin mövcud qanunvericiliyinin fermerə GMO toxumlardan istifadə etməyə icazə vermədiyini nəzərə çatdırıb.

Onun sözlərinə görə, GMO toxumlarından istifadə edilib-edilməməsini araşdırmaq üçün monitorinqin Gəncə-Qazax və Şəki-Zaqatala bölgəsində aparılması planlaşdırılır. Bu zonalarda əsasən qarğıdalı və soya bitkiləri üzrə monitorinqlərin aparılması nəzərdə tutulur.

Təsərrüfatlarda GMO bitki toxumlarından istifadə vəziyyətini yoxlamaq məqsədilə ilk monitorinq 2014-cü ildə Quba-Xaçmaz, Lənkəran-Astara, Şəki-Zaqatala bölgələrində aparılıb. O zaman adı çəkilən bölgələrdə GMO məhsullarının bütün dünyada ən çox rast gəlindiyi qarğıdalı, soya bitkiləri və kartof üzrə monitorinqlər aparılıb. Monitorinqlər zamanı bu bitkilər üzrə GMO toxumlar aşkarlanmayıb. İndiki monitorinq sayca ikinci olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG