Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:13

-

2008-ci ildə Mumbay terror aktlarındakı roluna görə mühakimə olunan amerikalı Hindistan məhkəməsində ifadə verib. O, pakistanlılar tərəfindən idarə olunan təlim düşərgələrində olduğunu, həmin ölkədə kəşfiyyat rəsmiləri ilə kommunikasiya qurduğunu bildirib. Mumbay hücumlarında 166 nəfər həlak olub.

David Coleman Headley 2013-cü ildə Çikaqo məhkəməsi tərəfindən 35 illik həbsə məhkum edilib. İndi isə hindistanlı Abu Jundal-ın məhkəməsində ifadə verir.

Pakistan kökənli ABŞ vətəndaşı olan Headley hücumlardakı rolunu etiraf edib və ölüm cəzası almamaq üçün şahid olmağı təklif edib.

Pakistandakı Lashkar-e-Taiba qrupunun üzvü olmuş Headley deyib ki, Mumbayda iki hücum alınmayıb, nəhayət üçüncüdə niyyətlərinə nail olublar.

XS
SM
MD
LG