Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:55

Almaniya kansleri Angela Merkel Rusiyanın Suriyada hərbi zərbələrindən dərin narahatlıq bildirib.

Merkel fevralın 8-də Ankaraya səfəri hazırda Rusiyanın hava zərbələrindən 10 kinlərlə adama ziyan dəydiyini və bundan dəhşətə gəldiyini deyib.

Kansler qeyd edib ki, Almaniya ilə Türkiyə mülki sakinlərin bombalanmasını dayandırmağa çağıran BMT qətnaməsinə əməl edilməsini təkid edəcəklər.

Bu qətnamə ötən ilin dekabrında qəbul edilib.

Qərb ölkələri dəfələrlə Rusiyanı mötətil Suriya müxalifəti və mülki sakinləri bombalamaqda ittiham ediblər.

Moskva ittihamları rədd edir və əsas hədəfin “İslam Dövləti” qrupu və digər ekstremis qüvvələr olduğunu deyir.

Rusiya ilə İran Suriya münaqişəsində prezident Bashar Assadın, ABŞ və onun müttəfiqləri isə Assada qarşı mübarizə aparan üsyançıların tərəfini saxlayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG