Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:47

Tütünün satınalma qiyməti qaldırıldı


Macedonia - Manufacturers of tobacco in village Debreste, Prilep.

Macedonia - Manufacturers of tobacco in village Debreste, Prilep.

-

Hökumət tütünün istehsalçılardan satınalma qiymətini qaldırmaq barədə qərar verib. Birinci növ yaş tütünün bir kiloqramının satınalma qiyməti 16 qəpikdən 25, ikinci növün qiyməti isə 8 qəpikdən 15 qəpiyə qaldırılıb.

Bu məlumatı Azadlıq Radiosu İqtisadiyyat Nazirliyinin saytından götürüb. Məlumatda deyilir ki, fevralın 8-də iqtisadiyyat və kənd təsərrüfatı nazirləri yeni qərarla bağlı müzakirələr aparıblar.

Nazirlər tütün istehsalı və emalı müəssisələrinin nümayəndələrinin toxumun idxal rüsumundan azad edilməsini müzakirə ediblər. Bundan başqa bu sahəyə daha çox güzəştli kreditlərin ayrılması, tütün istehsalçılarına subsidiyaların verilməsi barədə təkliflər nəzərdən keçirilib. Bu sahəyə marağın daha da artırılması məqsədilə stimul verici tədbirlərinin həyata keçirilməsi qərara alınıb.

Nazirliyin məlumatında bildirilir ki, tütün əkini sahələri genişləndiriləcək. 2016-cı ildə ötən illə müqayisədə 2 dəfədən çox - 3 min hektar sahədə tütün əkilməsi nəzərdə tutulur.

Yada salaq ki, hökumət fevralın 5-də pambığın istehsalçılardan satınalma qiymətinin artırılması haqda da qərar vermişdi. Həmin qərarla pambığın bir tonunun satınalma qiyməti 410 manatdan 500-ə qaldırılmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG