Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:04

Putin krala at, kralsa qılınc bağışladı


Vladimir Putin və Hamad bin Isa Al-Khalifa

Vladimir Putin və Hamad bin Isa Al-Khalifa

Rusiya prezidenti Vladimir Putin Bəhreyn kralı Hamad bin İsa əl Xəlifəyə “Hacıbəy” ləqəbli çempion at bağışlayıb.

Atın Axaltekin cinsindən olduğu bildirilir.

Kral isə Putinə öz sifarişi ilə Dəməşq poladından hazırlanmış qılınc bağışlayıb.

Bu barıədə fevralın 8-də Putinin mətbuat xidməti məlumat yayıb.

Putin Rusiya adətinə görə kəsən aləti qəbul etdikdən sonra dalaşmamaq üçün krala pul verib.

Putinə bağışlanan qılıncın qını Bəhreyndə bahalı materialdan hazırlanıb və ona “Qələbə” adı verilib.

2012-ci ildə doğulmuş “Hacıbəy” dəfələrlə dünya çempionu olub və krala Rusiyanın atçılıq mərkəzlərindən birində nümayiş etdirilib.

Bu at 2015, 2014-cü illərdə dünya çempionu və digər titullar qazanıb.

Putinlə Bəhreyn kralı fevralın 8-də Soçidə görüşüblər.

Bəhreynin xarici işlər naziri Xalid Bin Əhməd Ben Məhəmməd əl Xəlifənin sözlərinə görə, Putin Bəhreynə dəvət olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG