Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:03

-

Azərbaycan istehsalı olan iki film Çində Birinci Asiya Beynəlxalq Qısametrajlı Filmlər Festivalının xüsusi mükafatına layiq görülüb.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, Amil Məmiyevin “Qara bağ” və Fariz Əhmədovun “Mayak” qısametrajlı bədii filmlərini festivala Azərbaycanın Çindəki səfirliyi təqdim edib.

Müxtəlif ölkələrdən 300-dək filmin iştirak etdiyi festivalın sonunda ayrı-ayrı nominasiyalar üzrə qalib filmlər seçilib. “Qara bağ” və “Mayak” filmləri festivalın xüsusi mükafatını qazanıb. Bununla bağlı festivalın təşkilat komitəsindən Azərbaycanın Çindəki səfirliyinə məktub daxil olub. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınmış “Qara bağ” bədii filmində məcburi köçkünlərin yaşayış tərzi, Qarabağ həsrəti bir sıra metaforik simvollarla göstərilir. Filmin adı “Qara bağ” dilək ağacına bağlanan qara düyünlər mənasındadır və Qarabağla bağlı hadisələr onun vasitəsilə filmin ümumi kontekstinə köçürülür. “Mayak” isə Sergey Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya Universitetinin məzunu Fariz Əhmədovun diplom işidir.

Mədəniyyət və Turizm Nazirliyinin “Bu meydan, bu ekran-2011” müsabiqəsinin qalib kinolayihələrindən olan “Mayak” filmində ata-oğul münasibətlərinə toxunulur.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG