Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:29

Rusiya prezidenti Vladimir Putin fevralın 8-də qazaxıstanlı həmkarı Nursultan Nazarbayevlə telefonla danışıb.

Qazaxıstan prezident aparatından verilən məlumata görə, danışıqlar zamanı Ukrayna münaqişəsi ilə bağlı Minsk razılaşmasının yerinə yetirilməsi, Ukraynanın şərqindəki münaqişə və son vaxtlar Rusiya-Türkiyə münasibətlərinin korlanması müzakirə olunub.

Putin deyib ki, münasibətlərin korlanmasına görə Türkiyə cavabdehlik daşıyır və normallaşmasına görə də Türkiyə səy göstərməlidir.

Qeyd edək ki, bu telefon söhbəti Türkiyənin baş naziri Ahmet Davutoglunun Qazaxıstana səfərindən 2 gün sonraya təsadüf edir.

Ötən il noyabrın 24-də Türkiyənin Suriya sərhədi yaxınlığında Rusiyanın hərbi təyyarəsini vurmasından sonra iki ölkə arasındakı münasibətlər kəskin pisləşib.

Rusiya buna görə Türkiyəyə qarşı bir sıra sanksiyalar tətbiq edib, Ankara ilə birgə layihələrdən çıxıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG