Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:19

Türkiyənin baş naziri Ahmet Davutoglu bildirib ki, Suriya hökumətinin Hələb şəhərinə hücumu nəticəsində Türkiyə sərhədinə 30 minədək qaçqın yığışıb.

O qeyd edib ki, Rusiya bu hücumda Assad hökumətinə dəstək göstərir.

Davutoğlu bunu fevralın 8-də Almaniyanın kansleri Angela Merkellə Ankarada keçirdiyi birgə mətbuat konfransında deyib.

O bildirib ki, Türkiyə lazımdırsa ev-eşiyindən didərgin düşmüş qaçqınları qəbul edəcək.

Amma bu o demək deyil ki, Rusiyanın hava zərbələrinə görə Türkiyə qaçqınları qəbul etməlidir.

Davutoğlu qeyd edib ki, Ankara ilə Berlin Hələbə hücumun dayandırılması üçün birgə diplomatik təşəbbüslə çıxış etmək razılığına gəliblər.

O həmçinin qaçqınlara yardım üçün Avropa Birliyinin ayırdığı 3 milyard avroluq yardımın alınmasından sonra görüləcək layihələr barədə gələn həftə Brüsselə məlumat veriləcəyini bildirib.

Bu vəsait Türkiyəyə qaçqınların orda şəraitini yaxşılaşdırmaq , Avropaya keçməsinin qarşısını almaq üçün verilib.

Angela Merkel Ankaraya fevralın 8-də gedib.

Günün bütün mövzuları

XS
SM
MD
LG