Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:47

Kreml Rusiyanın Suriyada keçirdiyi hava əməliyyatlarının Suriya ilə bağlı sülh danışıqlarını əngəlləməsi barədə ittihamları rədd edir.

Bunu fevralın 8-də telefonla “Rossiya 24” televiziya kanalına Kremlin sözçüsü Dimitry Peskov deyib. Peskov qeyd edib ki, Rusiya Suriya hökumətinin terrorçu qruplara qarşı keçirdiyi əməliyyatlara dəstək göstərir və bu cür ekstremist qruplar Cenevrə sülh danışıqlarında iştirak edə bilməz.

Qeyd edək ki, Suriya ilə bağlı Cenevrədə aparılan sülh danışıqları ötən həftə müvəqqəti dayandırılıb.

Danışılqar fevralın 25-də bərpa olunmalıdır.

Suriya müxalifəti nəzarətində olan 18 rayona humanitar yardım çatdırılmasına imkan yaradılmasını tələb edir.

5 ildir ki, davam edən Suriya müharibəsində 250 mindən çox adam ölüb.

Rusiya bu müharibədə prezident Bashar Assadın, ABŞ və onun müttəfiqləri isə müxalifətin tərəfini saxlayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG