Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 06:49

-

Nardaran qəsəbəsində ölüm hadisəsi baş verib. Qəsəbədə aparılan tikintidə çalışan sürücü, Şərur rayon sakini Pərviz Əliyev idarə etdiyi traktorla ehtiyatsızlıqdan Araz Hümbətovu vurub.

Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumata görə, A.Hümbətov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Ölümlə nəticələnən daha bir qəza Hövsan qəsəbəsində baş verib. DİN-in məlumatına görə, öz evinin damında təmir işləri aparan qəsəbə sakini Telman Mustafayev yıxılıb. Xəstəxanaya yerləşdirilən T.Mustafayev fevralın 7-də vəfat edib.

DİN hər iki ölüm faktının detallarının araşdırıldığını bildirir.

Daha bir ölüm hadisəsi Sumqayıtda baş verib. Şəhər prokurorluğunun məlumatına görə, hadisə şəhərin H.Əliyev prospektindəki yeni inşa edilən binalardan birində baş verib. Şəhər sakini 1960-cı il təvəllüdlü Şahbaz Sadıqov fəhlə işlədiyi binanın 8-ci mərtəbəsindən yıxılıb. Ağır bədən xəsarətləri alan bu şəxs yerindəcə vəfat edib...

Günün bütün mövzuları

XS
SM
MD
LG