Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:22

Maskalılar fermadan 40 baş heyvan aparıblar


Foto illüstrasiya
Foto illüstrasiya

-

Ağstafada naməlum şəxslər fermaya hücum ediblər. Fermadakı çobanlar Qabil Məmmədovla Ayaz Abdıyevi otağa salıb qapayan maskalı şəxslər 40 baş iri- və xırdabuynuzlu heyvanı özləri ilə aparıblar.

Fermanın sahibi İsrafil Abdullayev APA-ya deyib ki, heyvanların ayaq izləri onları Gürcüstan sərhədinə aparıb.:

«Belə məlum olur ki, oğurlanan mal-qaranı Gürcüstana keçiriblər» - deyən sahibkarın sözlərinə görə, fevralın 3-də gecə saatlarında avtomatlı və maskalı 4 nəfər atlı ona məxsus fermaya basqın edib.

Ağstafa polisinin məlumatına görə, hazırda basqın edənlərin müəyyənləşdirilməsi üçün Dövlət Sərhəd Xidməti ilə birgə araşdırmalar davam etdirilir.

XS
SM
MD
LG