Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:37

“2014-cü ilin fevfralında “Maydan”dakı qətillərin təşkilinə görə keçmiş prezident Viktor Yanukovych cavabdehlik daşıyır”.

Bunu Ukraynanın baş prokuroru Viktor Shokin yanvarın 7-də “İnter” televiziyasına müsahibəsində deyib.O artıq işlə bağlı istintaqın yekunlaşdırıldığını bildirib.

Baş prokuror ümid edir ki, Ukraynanın şərqindəki münaqişə bitdikdən sonra yəqin ki, Yanukovych məsuliyyətə cəlb olunacaq.

Qeyd edək ki, 2013-cü il noyabrın 21-də “Maydan” da başlayan etirazlar sonda Yanukovychin ölkədən qaçması ilə nəticələndi.

2014-cü ilin aprelindən bu yana Ukraynanın şərqində hökumət qüvvələri ilə Rusiyapərəst separatçılar arasında gedən döyüşlərdə 9 mindən çox adam ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG