Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:34

-

"Azərbaycanda belə bir deyim var “imkanlı şəxslər”. İndi təsəvvür edin ki, Amerikada hamı “imkanlı şəxs”dir, çünki hər kəsin bərabər haqları və imkanları var. Yaradıcı insana da bundan artıq nə lazımdır ki."

Qaraqanı Azərbaycanda daha çox gənclər tanıyır. Gah romanları, gah repləri ilə gündəmə gələn Elxan Zeynallı – Qaraqan indi Nyu Yorkda yaşayır.

- Necədi oralar? Sərt qanunları olan ölkədə azad yaşamaq çətin deyil?

- Sərt qanunlarda qorxulu bir şey yoxdur, ən qorxulusu qanunların olmadığı və ya işləmədiyi ölkədə yaşamaqdır. Çətin deyil, burada dövlət vətəndaşa yetərincə xidmət edir və bununla qürur duyur.

- Yeni layihə varmı? Nə işlə məşğulsuz?

- Sonuncu kitabım “Üçüncü Addım – Rəqəmsal meşə” Azərbaycanda çap olunmaq üzrədir. Burada isə bir neçə fərqli layihə üzərində çalışıram.

- Dediniz trilogiyanın son kitabı çapa hazırlanır. Bir neçə il eyni ideyaya baglı qalmaq çətin olmadı ki?

- “Üç addım” trilogiyasını Azərbaycan gənclərinə çox mühüm bir alət hesab edirəm. Son üç əsərdə xeyli bilgi və tezis var. Bu əsərləri bir böyük qardaş məsləhəti kimi qəbul etsələr və oradakı prinsipləri həyata keçirsələr, yaxşıya doğru dəyişəcəklər.

Kitablar

Kitablar

- Son kitabın hədəf kütləsi kimlərdi?

– Mənim kitabımın hər zaman bir hədəf kütləsi olub o da azad ruhlu adamlar.

Heyif ki, ölkəmizdə azad ruh çox gənc yaşlarda vəfat edir. Böyüdükcə, evləndikcə Qaraqanın kitablarını nağıl, məsləhətlərini isə romantizm adlandırırlar.

Belə deyim, hədəf kütləm “azad ruhu” – “sərfəli kreditə” dəyişməyənlərdi. Deyəsən, ən sadiq oxucum elə özüməm, yazıram, oxuyuram, nəticə çıxarıram və həyatımı həqiqətən dəyişirəm.

- Amerika yaradıcı adama hansı imkanlar açır?

- Azərbaycanda belə bir deyim var “imkanlı şəxslər”. İndi təsəvvür edin ki, Amerikada hamı “imkanlı şəxs”dir, çünki hər kəsin bərabər haqları və imkanları var. Yaradıcı insana da bundan artıq nə lazımdır ki?

– Orada hansı dildə rep yazırsız?

- Musiqi yaradıcılığım ingiliscə davam edəcək. Amma bunu yalnız Amerikada yayımlayacağam. Yazıçılıq fəaliyyətim isə yavaş-yavaş rus dilinə yönəlir. Düşünürəm ki, Azərbaycan gəncləri üçün 8 kitab və 200-dən çox mahnı ilə yetərincə xidmət etmişəm.

Bu illər ərzində yazdıqlarımı bir daha təkrar dinləsələr və sadəcə baş yelləməyib əməl etsələr, yetərlidir.

Amma “Qaraqan təzə repində gör nə qəşəy deyif” – cümləsi üçün yeni mahnılar yazmaq məndə nə maddi, nə mənəvi maraq oyadır.

-Amerika cəmiyyəti ilə Azərbaycan cəmiyyətinin əsas fərqləri nədir, sizcə?

-Burada pafos yoxdur. Hər kəs olduğu kimidir və olduğu kimi gözəldir. Bilirsiniz, bizim cəmiyyətdə öz iri maşınları, yekəxanalığı və pafoslu danışıqları ilə tovuzquşunu xatırladanlar az deyil. İri gözəl quyruğu, əlvan lələkləri, bəzəkləri ilə. Amma di gəl ki, bu axmaq quyruqları olmasaydı, bəlkə də azad uça bilərdilər.

Amerikada heç kəs “tovuzquşuluq” eləmir və azca qanad çalmaq bəsdir ki, sonsuz səmalara qalxasan, burada hamıya məkan da çatır, hava da, günəş də. Hər kəs azaddır və öz bir ömürlük uçuşunda xoşbəxtdir.

Korrespondent.az

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG