Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:29

Milli efir məkanı sükutda


TV
TV

-

Fevralın 8-də səhər saat 6-dan başlayaraq Azərbaycanın efir məkanındakı bütün telekanalların yayımı saat 15:00-dək dayandırılıb.

«Teleradio» İstehsalat Birliyinin məlumatına görə, bütün yerli kanalların yayımındakı məhdudiyyətlər profilaktika işləri ilə bağlıdır:

«Kanallarda hər üç aydan bir profilaktika olur. Bunu avadanlıqların bərkidilməsi, tənzimlənməsi, köklənməsi məqsədi ilə edirik. Günorta saat 15:00-dan sonra kanallara yenidən baxmaq mümkün olacaq» - deyə birlik qeyd edir.

Media eksperti Ələsgər Məmmədli milli yayımçıların hamısının yarım gün ərzində efirdə olmamasının həm qanunsuz, həm də ölkənin informasiya təhlükəsizliyi baxımından doğru olmadığını qeyd edir.

Ekspert Facebook şəbəkəsində yazır: «Teleradio yayımı sahəsində dövlət qurumu olan «Teleradio» İstehsalat Birliyinin ötürücü inhisarının nəticəsidir ki, ölkə efir məkanı sükuta qərq olub. Üstəlik, bu həm informasiya təhlükəsizliyi baxımından böyük xətadır, həm də qanuna ziddir».

Saat 15- 00-dan etibarən Azərbaycanın telekanalları fəaliyyətlərini bərpa ediblər.

XS
SM
MD
LG