Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:16

-

Fevralın 9-da Bakıda və rayonlarda soyuq hava şəraiti davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti xəbər verir ki, Bakıda hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq, gün ərzində əsasən yağmursuz keçəcək.

Gecə 0-2 dərəcə şaxta, gündüz isə 4-8 dərəcə isti olacağı proqnozlaşdırılır.

Rayonlarda hava şəraiti yağıntılı olacaq, gecə bəzi yerlərdə sulu qar, qar yağacaq. Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq. Dağlarda gecə 7-12, yüksək dağlıq ərazilərdə isə 13-18 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG