Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:04

Qarabağ geyimləri Daşkənddə sərgilənir


Sərgi.
Sərgi.

-

Daşkənddə Qarabağın milli geyimləri sərgisi açılıb.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, kolleksiyaya Qarabağın XVII-XIX əsrlərə aid şənlik, mərasim, toy paltarları, bölgənin zadəgan xanımlarının və bəylərinin geydikləri libaslar daxil edilib.

Bakıdakı Milli Geyim Evinin ipəkdən hazırladığı və daş-qaşlarla bəzədiyi paltarlar mədəniyyət mərkəzinin foyesində daimi göstəriləcək.

Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə açılan sərgi Özbəkistanda Azərbaycan mədəniyyətinə dair təbliğatı gücləndirmək məqsədi daşıyır.

İndiyədək mədəniyyət mərkəzi Qarabağ və digər bölgələrin geyimləri, xalçaları, mətbəxi ilə bağlı müxtəlif tədbirlər keçirib.

Çıxışçılar Qarabağ geyimlərinin diqqətəlayiq olduğunu, öz rəngarəngliyi ilə seçildiyini və Qarabağda yaşayan azərbaycanlıların tarixinin, mədəniyyətinin nə qədər zəngin olduğunu sübuta yetirdiyini vurğulayıblar.

Sonda mədəniyyət mərkəzinin nəzdindəki «Azərbaycan qızları» rəqs ansamblı Qarabağ rəqslərini ifa edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG