Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:01

-

Binəqədi rayonundakı Müvəqqəti Saxlanma Təcridxanasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Füzuli Hüseynovun aclıq aksiyasını davam etdirdiyi bildirilir.

Bu haqda Azadlıq Radiosuna AXCP funksioneri Ramiz Kamal danışıb.

Fevralın 8-də təcridxanaya gedən R.Kamala görüş verməyiblər.
«Polislər mənə bildirdilər ki, F.Hüseynov aclığı davam etdirir, görüş verə bilmərik, ancaq yaxınları görüşə bilərlər» - deyən R.Kamal qeyd edib ki, qidanı qəbul etməkdən də imtina edilib.

P.Kamal deyir ki, belə davam edərsə Füzuli Hüseynovun səhhətində ciddi problemlərin yarana biləcəyini polislərin nəzərinə çatdırıb.

«Polislər də mənə «biz işimizi ehtiyatlı tutmuşuq, qida qəbul etmədiyini aktlaşdırmışıq» -deyə R.Kamal durumu anladıb.

R.Kamal fevralın 5-də də təcridxanaya qida apardığını, amma yenə də qəbul olunmadığını söyləyib.

Buna qədərsə AXCP sədr müavini Nurəddin Məmmədli F.Hüseynovla görüşmək üçün təcridxanaya getsə də, görüşə imkan verilməmişdi.

AzadlıqRadiosuna açıqlama verən AXCP sədrinin müavini Nurəddin Məmmədli deyirdi ki, F.Hüseynov təcridxanada zorla qidalandırılır:

«Güman edirəm ki, buna görə Füzuli Hüseynovla görüşməyə qoymurlar».

Abşeron Rayon Məhkəməsi polisə müqavimət ittihamı ilə AXCP Xətai rayon təşkilatının fəalı Füzuli Hüseynova yanvarın 27-də 30 sutka inzibati həbs cəzası verib. F.Hüseynov həbs barədə qərarı əsassız sayaraq aclıq aksiya keçirir. N.Məmmədli F.Hüseynovun inzibati həbsinə səbəb kimi sosial şəbəkələrdəki fəaliyyətini göstərib.

Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr şöbəsindən isə bu deyilənlərə hələ ki, münasibət öyrənmək mümkün olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG