Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:47

Gürcüstan-Rusiya danışıqları marta qaldı


Zurab Abashidze (solda) və Grigori Karasin, 2012-ci il

Zurab Abashidze (solda) və Grigori Karasin, 2012-ci il

-

Gürcüstan səfiri deyir ki, Rusiya ilə ikitərəfli münasibətlərin normallaşdırılması barədə danışıqların növbəti raundu martın ortasına qalıb.

Praqa görüşü bu aya planlaşdırılmışdı. Gürcüstan Baş nazirinin Rusiya ilə münasibətlər üzrə xüsusi təmsilçisi Zurab Abashidze ilə Rusiya Baş nazirinin müavini Grigory Karasin görüşəcəkdi.

Abashidze fevralın 8-də deyib ki, danışıqlar “texniki məsələlərə” görə ertələnib.

Abashidze – Karasin danışıqları 2012-ci ilin dekabrında Cenevrədə başlanıb.

İki siyasətçi bir neçə dəfə Praqada görüşüblər.

2008-ci ildə qısa müharibədən sonra Rusiya Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələrinin müstəqilliyini tanıyıb. Bundan sonra Tbilisi Moskvayla diplomatik münasibətləri kəsib.

Günün bütün mövzuları

XS
SM
MD
LG