Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:31

-

Dövlət Gömrük Komitəsində (DGK) Apellyasiya Şurası yaradılıb. Bu barədə komitə sədri sərəncam verib.

Yada salaq ki, prezident fevralın 3-də «Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında» fərman imzalamışdı. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarında son günlər məhz bu fərmana uyğun olaraq apellyasiya şuraları yaradılır.

Bu qurumların yaradılmasının əsas məqsədi sahibkarların şikayətlərinə baxılması sahəsində şəffaflıq və obyektivliyin təmin edilməsidir.

DGK-da yaradılan yeni quruma sədrin müavini Rza Həsənəliyev başçılıq edəcək. Yeddi nəfərdən ibarət olan Şuraya Komitənin strukturuna aid olan qurumların məsul şəxsləri daxil edilib.

İndiyə kimi hələlik belə qurum İqtisadiyyat Nazirliyində yaradılmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG