Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:53

AzadliqLive - İlham Əliyev :"Biz hazır deyildik"

Azərbaycanda və dünyada baş verənlər haqqında xəbərləri anındadaca burada izləyin... Xəbərlər müntəzəm yenilənir


Ilham Əliyev

Ilham Əliyev

20:36 12.2.2016

Bu günki AzadlıqLive-da:

İlham Əliyev Munxen konfransında deyib ki, "neftin belə düşəcəyini gözləmirdik"

Milli Məclis daxili bazarın qorunması qanun layihəsini müzakirə edir. Millət vəkili Vahid Əhmədov daxili bazarda ucuz xarici malların yerli istehsalı "öldürməsindən" danışır

Bakının bir-bir yox olan kinoteatrları- bir vaxtlar Vətən kinoteatrı vardı, Azərbaycan kinoteatrı var idi...

Niyə Mədəniyyət nazirliyinin balansında olan Dostluq kinoteatrında mebel satılır? Nazirliyinin kino şöbəsinin sektor müaviuni Yusif Şeyxov deyir ki, "...çünki o binanı saxlamaq üçün vəsait əldə etmək lazım idi..."

19:28 12.2.2016

Borcun yerinə dua

Nijni Novqorod yeparxiyasının bir şirkətə 300 min rubl borcu var. Əli isə aşağıdır. Məhkəmə borcun pulla yox, dualar şəklində qaytarılmasına icazə verib.

Borclular bankların sağılığına nə qdər dua oxumalıdırlar ki, banklar borcları silsin?

18:33 12.2.2016

Ünvanlı sosial yardım qaydası dəyişdirilir

Yeni qaydalara görə, Azərbaycanda yaşayan və müraciətdən əvvəlki son 12 ay ərzində orta aylıq gəliri ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr sosial yardım ala bilər. Sosial yardımın məbləği ehtiyac meyarının məcmusu ilə orta aylıq gəlirinin arasındakı fərqlə ölçülür. Ətraflı

17:35 12.2.2016

İlham Əliyev :"Biz hazır deyildik"

İlham Əliyev fevralın 12-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Neftin qiymətinin aşağı düşməsi geosiyasi məsələləri üzrə enerji təhlükəsizliyi” mövzusunda “dəyirmi masa”da iştirak edib. O deyib: "Biz bu dövrə hazır deyildik. Əslində, biz postneft dövrünə 2030-cı ildən sonra hazırlaşmağı planlaşdırırdıq. Lakin bu yaxınlarda Nazirlər Kabinetinin iclasında söylədiyim kimi, neftdən sonrakı dövr artıq bizim üçün başlamışdır və bu, gözlənilməz idi. Səmimi söyləsəm, hesab edirəm ki, neftin qiymətinin dörd dəfə aşağı düşəcəyini heç kim təsəvvürünə gətirə bilməzdi. Biz hazır deyildik, heç kim hazır deyildi. Ona görə çox qısa vaxt çərçivəsində biz büdcənin necə tarazlaşdırılması, sosial proqramların necə davam etdirilməsi və hansı investisiya layihələrinə maliyyələşdirmənin dayandırılması yolunu tapmalı idik. Bu, asan deyildi. Çünki biz 100 dollardan baha olan qiymətə öyrəşmişdik. Əlbəttə ki, bizim uzun illər üçün nəzərdə tutulmuş inkişaf planımız var idi. Bizim daha yüksək neft qiymətinə əsaslanan “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyamız var idi. İndi isə neftin qiyməti aşağıdır.(Azərtac)

Davamı

Şərhləri göstər

XS
SM
MD
LG