Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:38

-

Tikintidə fəhlə işləyən, 26 yaşlı Nicat Mehdiyev binadan yıxılaraq ölüb. APA xəbəri Səbail polisinə istinadən yayıb.

Hadisə Bayılda yeni inşa edilən binada qeydə alınıb. İlkin mülahizələrə görə, fəhlə güclü külək nəticəsində binadan yıxılıb.

Faktla bağlı Səbail Rayon Prokurorluğu Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizə qaydalarını pozma - ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlayıb, istintaq gedir.

Hadisə ilə bağlı Səbail polisindən şərh almaq cəhdlərimiz isə alınmadı.

Günün bütün mövzuları

XS
SM
MD
LG