Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:42

Ser Philip Craven Azərbaycandadır


Rusiya Prezidenti Vladimir Putin (sağda) və Philip Craven, arxiv fotosu

Rusiya Prezidenti Vladimir Putin (sağda) və Philip Craven, arxiv fotosu

-

Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Ser Philip Craven Azərbaycana gəlib.

Onu Böyük Britaniya Paralimpiya Assosiasiyasının fəxri vitse- prezidenti Anthony Sainsbury müşayiət edir. Xəbəri APA yayıb.

Səfər Milli Paralimpiya Komitəsinin 20 illik yubiley tədbirlərində iştirak etmək məqsədi daşıyır.

Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov Ser Philip Craven-lə görüşüb və ölkədə Paralimpiya hərəkatının inkişafı sahəsində görülmüş işlər barədə geniş məlumat verib.

Görüşdə Beynəlxalq Paralimpiya Komitəsi ilə Azərbaycan Milli Paralimpiya Komitəsi arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi sahəsində müzakirələr aparıb.

Azərbaycan Milli Paralimpiya Komitəsi 1996-cı il fevralın 9-da yaradılıb. İlqar Rəhimov komitənin prezidenti, Afiq Süleymanov vitse-prezidentidir. AMPK İlk dəfə 1996-cı ildə Atlantada keçirilən Paralimpiya Oyunlarına iki idman növü üzrə qatılıb. 2008-ci ildə Paralimpiya İdman kompleksi istifadəyə verilib. Paralimpiyaçılar hazırda 11 idman növü üzrə yarışa bilirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG