Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 17:48

BMT Təhlükəsizlik Şurası Şimali Koreyanın uzaqmənzilli raket atmasını kəskin şəkildə pisləyib.

BMT Təhlükəsizlik Şurası Şimali Koreyanın uzaqmənzilli raket atmasını kəskin şəkildə pisləyib.

Təhlükəslzik Şurası təcili yığıncağında elan edib ki, tezliklə Pxenyan üzərinə yeni sanksiyalar qoyulacaq.

Şimali Koreya isə israr edir ki, o uzaqmənzilli raket atmayıb və əslində guya orbitə kommunikasiya peyki çıxarıb.

Bazar günü bu raketin atılmasından əvvəl Şimali Koreya dördüncü nüvə sınağını həyata keçirmişdi.

Beləliklə, Pxenyan hər iki hərəkətilə BMT qətnaməsini pozub.

ABŞ-ın BMT-dəki səfiri Samantha Power bəyan edib ki, Vaşinqton Şimali Koreya üzərinə çox sərt sanksiyaların qoyulmasına çalışacaq.

Yaponiya səfiri Motohide Yoshikawa da bu dəfəki sanksiyaların son dərəcə sərt olacağına ümid etdiyini bildirib.

“Mövcud sanksiyalar Şimali Koreyanı nüvə silahı hazırlamaqdan məhrum edə bilməyib” – deyibn səfir.

Təhlilçilər bildirirlər ki, Pxenyan üzərinə daha sərt sanksiyaların qoyulması o qədər də asan olmayacaq.

Şimali Koreyanın yeganə müttəfiqi Çin raketlə əlaqədar verilmiş sərt bəyanata şərik olsa da, çətin, sərt sanksiyalara qoşulsun.

Çin bu sanksiyalar nəticəsində indiki rejimin çökəcəyindən və Çin üçün miqrant probleminin yaranacağından ehtiyat edir.

Şimali Koreya israr edir ki, Pxenyanın orbitə peyk çıxarması barədə bəyanatları həqiqətə uyğun deyil, çünki iddia edilən peykdən heç bir siqnal alınmayıb.

Seul bildirir ki, sözü gedən raketin qaldırıcılıq gücü əvvəlki raketlərdən çox olsa, raketin özü orbitə peyk çıxaracaq qədər ağır olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG