Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:40

Təxminən 12 il əvvəl Harvardın kollecində tələbələr ikinci kurs tələbəsinin yaradıb dövriyyəyə buraxdığı thefacebook.com saytını müzakirə edirdilər.

“The Vaşinqton Post” eyni adlı məqaləsində yazır:

“Mən sadəcə balaca uşaq kimiyəm”, - 2004-cü ildə ,” Mark Zuckerberg Harvard Crimson-da deyirdi: “Canım sıxılır və kompüter məni həyacanlandırır. Bu iki amil əsas rol oynadı”.

Universitetdəki tələbələr də həyacanlıdırlar. Onlara təqdim edilən “sosial şəbəkə” vasitəsilə minlərlə tələbə bir araya gələ bilib, üstəlik, yenilik digər məktəblərə də sürətlə yayılıb.

Kolumbiyada artıq “CUCommunity” adlı sosial media platforması vardı. Belə fikirlər də vardı ki, The Facebook movcud alətlərdən yararlanmağa çalışıb. Hətta bir tələbə “CUCommunity”-yə təşəkkür edərək yazır ki, Kembricdəki “qorxaqlar bunu qəbul edə bilmədi. Onlar thefacebook.com-u yaratdılar. Onlar bizə meydan oxudular”.

FACEBOOK TƏLƏBƏLƏR ARASINDA SÜRƏTLƏ YAYILIR

Bəzi ali məktəblərin tələbələri arasında Facebook-un yaradılması qısqanclıqla qarşılansa da, sosial şəbəkə universitet tələbələri arasında sürətlə yayılmağa başladı. Bir həftə içində Stanford-un 3 minə yaxın tələbəsi The Facebook-da qeydiyyatdan keçdi.

Qalanlarını artıq bilirik. Facebook 12-ci ildönümünü qeyd edir və sosial şəbəkənin təsisçisi Mark Zuckerberg fevralın 2-ni dünyada “Dostluq günü” kimi qeyd edilməsini təklif edib.

6 ÜMUMİ TANIŞ

Macarıstan yazıçısı Frigyes Karinthy ötən əsrin axırında özünün “Zəncirlər” əsərində yazırdı ki, dünyada hər kəsin arasında “6 dərəcəlik ayrılıq” var. AlimlərStanley Milgram və Jeffrey Travers də bu ideyanı dəstəkləyirdilər ki, dünyada hər kəs arasında 6 sosial əlaqə, 6 ümumi tanış var.

“6 dərəcə” nəzəriyyəsi hətta məşhur “Kevin Baconun 6 dərəcəsi” oyununun da yaradılmasına təkan verib.

Bu nəzəriyyəyə görə, hər bir adam digərlərinə 6 adam vasitəsilə bağlıdır. Ancaq Facebook adamlar arasındakı bağlılığın bundan iki dəfə az olduğunu sübut edir. Facebook-da yayılmış araşdırmada deyilir ki, dramaturqlar, şairlər, alimlər təsdiqləyirlər ki, planetimizdə hər kəs bir-birilə 6 adam vasitəsilə bağlıdır. “Dostluq günü ilə bağlı apardığımız riyazi hesablamalara görə, artıq dünyada hər kəs bir-birilə orta hesabla 3,57 adam vasitəsilə bağlıdır. Dünyadakı hər bir adamın (ən az 1.50 milyard Facebook istifadəçisi) digər adamlara orta hesabla 3,5 adam vasitəsi ilə çıxış imkanı var.

Bu bloqda həmçinin Facebook istifadəçilərinin hər biri fərdi qaydada digər istifadəçilərə necə adam vasitəsilə çıxa bildiyini görə bilər.

FACEBOOKDAN ƏVVƏL

Və bir sual da yaranır ki, 1,59 milyard insan sosial şəbəkəyə qoşulandan sonra həyatında hansı dəyişiklik baş verib.

#BeforeFacebook (Facebook-dan qabaq) həştəqı altında sosial şəbəkə istifadəçiləri 12 il əvvəli xatırlayıblar: “Yaxın kimsə öləndə, ya yaxşı bir şey baş verəndə xəbəri telefonla alırdım”, Michelle Orack yazıb.

“Bilmirdim ki, dünyada necə ağılsız və axmaq adamlar var. Mən adamları bəyənirdim və onları süzgəcdən keçirmirdim, kimisə incidəndə narahat olurdum. Daha müsbət məqam bu idi ki, bəzi yaxın-uzaq dostlarımda bir araya gəlirdim”, - istifadəçilərdən biri yazıb.

Debbie Mitchell qeyd edib ki: “Mən hər kəsin ad gününü yadımda saxlamalıydım: “Ancaq indi bunu etmirəm. Təşəkkürlər, Facebook!”

NARSİZMİN, ÖZÜNƏ VURĞUNLUĞUN YENİ FORMASI

Facebook istifadəçiləri arasında elələri də var ki, daha çox məlumat bilməyə məruz qoyulduğundan şikayətçidir. 2013-cü ildə aparılan araşdırmaların birində məlum olub ki, Facebook istifadəçilərinin 36 faizi kiminsə öz həyatının detalları barədə paylaşımlarından narahat olur.

Huffington Post-un köşə yazarlarından biri Ann Brenoff 2012-ci ildə yazır ki, “İroniya, əlbəttə, budur ki, biz paylaşmalarımızla özünə vurğunluqun bir formasını tətbiq edirik”.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG