Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:03

AXCP fəalının aclıq etdiyi bildirilir


Bakıda həbsxana qarşısında məhbus qohumları
Bakıda həbsxana qarşısında məhbus qohumları

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Fizuli Hüseynov Binəqədi rayonundakı Müvəqqəti Saxlanma Təcridxanasında aclıq aksiyası keçirdiyi deyilir. Bu barədə Turan-a AXCP sədrinin müavini Nurəddin Məmmədli danışıb.

Yanvarın 27-də Abşeron Rayon Məhkəməsi AXCP Xətai rayon təşkilatının fəalı Fizuli Hüseynova polisə müqavimət ittihamı ilə inzibati qaydada 30 sutka həbs cəzası kəsib. Onun sosial şəbəkələrdəki fəaliyyətinə görə, həbs olunduğu ehtimal edilir.

Nurəddin Məmmədlinin sözlərinə görə, təcridxana rəhbərliyi onu F.Hüseynova aclığı dayandırması üçün təsir etmək məqsədilə təcridxanaya dəvət edib:

“Lakin məni rəis qəbul etmədi. Rəsiin köməkçisi mənim daha lazım olmadığımı dedi. Aclığa nə vaxt başladığı və səbəbləri barədə məlumat ala bilmədik. Fizuli Hüseynovun sağlamlığında ciddi problemlər olduğundan evdən yemək aparırlar. Təcridxanada yeməyi də qəbul etmirlər, deyirlər aclıq edir. Mənə bildirdilər ki, həkimlər dəvət ediblər, narahatılığa əsas yoxdur”, - o qeyd edib.

N.Məmmədli hesab edir ki, F.Hüseynova zorla qida qəbul etdirirlər: “Güman edirəm ki, bu səbəbdən də məni Füzuli Hüseynovla görüşdürmədilər”.

N.Məmmədlinin fikrincə, F.Hüseynov qanunsuz həbs edilməsinə etiraz olaraq aclıq aksiyası keçirir.

Ancaq bu deyilənlərə Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr şöbəsindən hər hansı münasibət almaq mümkün olmayıb.

XS
SM
MD
LG