Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:43

BMT-nin Baş katibi Ban Ki-moon Şimali Koreyanın fevralın 7-i səhər uzaq mənzilli raketı sınaqdan keçirməsini olduqca acınacaqlı fakt adlandırıb.

BMT-nin Təhlükəsizlik Şurası isə ABŞ, Cənubi Koreya və Yaponiyanın xahişi ilə fövqəladə iclas çağırıb. Qapalı keçiriləcək iclasda BMT-nin mümkün yeni sanksiyaları müzakirə olunacaq.

Şimali Koreyanın bu addımı onun bu ilin yanvarında hidrogen bombasını sınaqdan keçirdiyi barədə bəyanatından sonraya təsadüf edir.

Şimali Koreya uzaqmənzilli raketi sınaqdan çıxarması beynəlxalq qanunlara tamamilə zidd hesab olunur.

Raket Şimali Koreyanın şimal-qərbindəki bazadan atılıb və Yaponiyanın Okinava adasının üstündən keçib.

Günün bütün mövzuları

XS
SM
MD
LG