Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:54

Dəməşq: Təcavüzkar evə tabutda dönəcək


Walid al-Muallem
Walid al-Muallem

-

«Əcnəbi əsgərlər Suriyaya daxil olsa, taxta tabutlarda geri qayıdacaqlar».

Bunu Suriyanın xarici işlər naziri Walid Al-Muallem fevralın 6-da Dəməşqdə keçirdiyi mətbuat konfransında bildirib.

Nazir deyib ki, Suriyanın razılığı olmadan heç bir ölkə Suriyaya əsgər göndərə bilməz: «Heç kim Suriyaya hücum etməyi, ya da Suriyanın müstəqilliyinə zərbə vurmağı ağlından keçirməsin. Əgər belə olsa, onlar ölkələrinə taxta tabutlarda geri qayıdacaq. İstər səudiyyəli olsun, istər türk».

Bundan əvvəl Səudiyyə Ərəbistanı Suriyaya hərbçi göndərməyə hazır olduğunu bildirmişdi.

Walid Al-Muallem Cenevrədə keçirilmiş sülh danışıqlarına da toxunub. Deyib ki, Suriya danışıqlarda şərtsiz iştirak edir və heç bir şərt də qəbul etməyəcək.

Suriyanın xarici işlər naziri rusiyalı həmkarı Sergei Lavrov-un «Türkiyə və İordaniya Suriya ilə sərhədlərini bağlamadıqca, atəşkəs mümkün deyil» fikri ilə razı olduğunu da bildirib.

XS
SM
MD
LG