Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:30

-

«Azərbaycanın 38 milyard dollara yaxın valyuta ehtiyatı var. Bu, ümumi daxili məhsulun həcmindən daha böyükdür. Belə bir strateji ehtiyatlara malik olan dövlət heç bir maliyyə çətinliyi çəkə bilməz».

Bu sözləri prezidentin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov deyib. Prezidentin köməkçisi bildirib ki, mart ayından etibarən Mərkəzi Bankın və əlaqəli digər qurumların manatın likvidliyinin artırılması istiqamətində çox ciddi qərarları olacaq. Bununla da ölkədə manatın aktivliyi tamamilə bərpa olunacaq. Xəbəri APA yayıb.

N.Əmirov ixracın stimullaşdırılması istiqamətində də ciddi addımların atılacağını deyib.

«İxracın təşviqi ilə əlaqədar İqtisadiyyat Nazirliyinin nəzdində AZPROMO fəaliyyət göstərir. Eyni zamanda, ixracı təşviq etmək üçün ayrı-ayrı qurumların təklifləri əsasında qanunlara dəyişikliklər edilib. Müxtəlif normativ hüquqi aktlar hazırlanıb və həyata keçirilib. Amma bu amillərin məcmusu dövlətimizin başçısının ümumi islahat konsepsiyasına tam uyğun gəlmir» - deyən prezidentin köməkçisi ixracı təşviq edəcək, stimullaşdıracaq yeni qurumun yaradılacağını xəbər verib.

O, daha sonra bildirib: «Prezident belə qurumun yaradılması və onun konsepsiyasının hazırlanması barədə tapşırıq verib. Əslində bunun əsas konturları hazırdır. Beynəlxalq ekspertlər cəlb edilməklə bunun yekunlaşdırılması işləri görülür».

N.Əmirov qeyd edib ki, bütün bunlarda məqsəd ölkəni inkişaf etdirməkdir: «Məqsəd «Made in Azerbaijan» brendinin tanıdılmasına nail olmaqdır».

Günün bütün mövzuları

XS
SM
MD
LG