Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:05

-

Rusiyada həbsdə olan ukraynalı təyyarəçi Nadia Savchenko-nun ölkəsinə qaytarılması ilə bağlı danışıqlar gedir. Bunu onun vəkili Mark Feigin bu günlərdə bildirib.

İlk olaraq Rusiyanın Ədliyyə Nazirliyi 2015-ci ilin oktyabrında bəyan etmişdi ki, Nadia Savchenko-nun ekstradisiyası ilə bağlı xahişə baxmağa hazırdır. Ancaq ekstradisiya Savchenko barədə məhkəmə hökmü qüvvəyə minəndən və Ukrayna bunu qəbul edib təyyarəçinin öz vətənində cəza çəkəcəyinə zəmanət verdikdən sonra baş tuta bilər. Nazirliyin mətbuat xidmətinin məlumatında belə deyilirdi.

«NADIA-NIN GÜNAHSIZLIĞI SÜBUTA YETİRİLİB»

Savchenko-nun vəkili o vaxt ekstradisiya ideyasına kəskin reaksiya vermişdi:

«Ədliyyə Nazirliyinin bəyanatı çox vacib bir məsələdən xəbər verir: Müdafiə tərəfi Nadia-nın günahsızlığını tam sübuta yetirib. Ona görə də əl-ayağa düşüblər» - Mark Feigin bildirib. Amma onu da əlavə edib ki, Ukraynanın Rusiya məhkəməsinin qərarını tanıması Savchenko-nun hökmdən Avropa İnsan Haqları Məhkəməsinə şikayət vermək yolunu bağlaya bilər.

Ukraynalı təyyarəçini Rostov vilayətinin Donetsk şəhərində mühakimə edirlər, onu 13 ilə qədər həbs cəzası gözləyir.

O, İKİ JURNALİSTİN ÖLÜMÜNDƏ İTTİHAM EDİLİR

Rusiya Savchenko-nu onda ittiham edir ki, 2014-cü ildə o, rus jurnalistləri Igor Kornelyuk və Anton Voloshin-in yerləşdiyi yerin koordinatlarını bilib və onları ukraynalı hərbçilərə ötürüb. Bu koordinatlara artilleriya zərbəsi endirilib, bu zaman iki jurnalistlə yanaşı, bir neçə dinc sakin də ölüb. Bundan sonra guya Savchenko sənədsiz Rusiya sərhədini keçib və burda saxlanılıb.

«MƏNİ OĞURLAYIBLAR»

Savchenko-nun müdafiə tərəfi və təyyarəçinin özü istintaqın təhqiqatını rədd edir, bildirirlər ki, Nadia döyüşlərdə iştirak etməyib. Həmin atışma zamanı Savchenko artıq Donbasdakı Rusiya meylli qüvvələr tərəfindən oğurlanmışdı, sonra o, gizli surətdə Rusiyaya aparılıb. Savchenko iddia edir ki, onun oğurlanmasında Rusiya prezidenti administrasiyasının keçmiş əməkdaşı Pavel Karpov da iştirak edib. O, Rusiya millətçilərinin kuratoru kimi tanınıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG