Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:13

-

2016-cı ildə Azərbaycanda ÜDM-in artım tempi 0.7 faiz təşkil edəcək. «Moody’s Investors Servise» beynəlxalq agentliyi belə proqnoz verib.

Bundan əvvəl agentlik Azərbaycanda ÜDM-in 1.7 faiz artacağı proqnozunu vermişdi. 2017-ci ildə isə «Moody’s» artımın 1 faiz olacağını proqnozlaşdırır.

Agentlik maliyyə sahəsindəki vəziyyətin pisləşməsi və devalvasiyanın əhalinin alıcılıq qabiliyyətinə təsir etməsini nəzərə çatdırır. Habelə bildirir ki, ölkə iqtisadiyyatının inkişaf sürətini aşağı sala biləcək risklər mövcuddur.

Azərbaycanın makroiqtisadi proqnozlarının pisləşməsi beynəlxalq bazarda mövcud vəziyyət və neftin qiymətinin enə bilməsi gözləntiləri ilə bağlıdır.

«Moody’s» hesab edir ki, «Brent» markalı neftin dəyərinin 50 dollar həcmində qalması 2019-cu ilə kimi davam edəcək.

«Moody’s» yuxarıda göstərilən səbəblərlə Azərbaycanda dövlət istiqrazlarının reytinqini Baa3-dən Ba-1-ə kimi pisləşdirib. Gələcəkdə də mümkün enmə imkanlarını müzakirə edir.

Bundan əlavə, «Moody’s» Azərbaycanın maliyyə sisteminə təzyiqlərin artmasını, tədiyyə balansının vəziyyətini, habelə milli valyutaya etimadın azalmasını nəzərə çatdırır. «Bütün bunlar büdcənin vəziyyətini və ölkənin dövlət borclarının parametrlərini pisləşdirir» -deyə «Moody’s» bildirir.

Azərbaycan hökuməti 2016-c il üçün ÜDM-in 1.8 faiz həcmində artımını proqnozlaşdırır. Ötən il bu artım 1.1 faiz olmuşdu.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG