Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:41

-

«Uzun müddət Azərbaycanın maliyyə dayanıqlılığı qorunub saxlanılıb».

Maliyyə naziriSamir Şərifov fevralın 6-da Sabirabadda yerli iş adamları, sahibkarlar və rayon ictimaiyyətinin nümayəndələr ilə görüşdə belə deyib. Xəbəri APA yayıb.

«Lakin dünyanın enerji bazarında yaranmış təlatümlər, Azərbaycanın əsas ixrac məhsulu olan neftin qiymətinin 4 dəfə düşməsi milli valyutanın devalvasiyasına səbəb oldu. Bu da ölkənin iqtisadi mənzərəsinə mənfi təsir göstərdi» -deyə S. Şərifov devalvasiyanın səbəblərini yenə xarici amillərlə izah edib.

Daha sonra nazir dövlət başçısı İlham Əliyevin sərəncamlarının hökumətdən çevik tədbirlər görməsini tələb etdiyini vurğulayıb.
«Neftin qiymətinin aşağı düşməsi dövlət büdcəsinə yenidən baxılması zərurəti yaradıb. Artıq yeni büdcə layihəsi hazırdır və Milli Məclisin müzakirəsinə təqdim olunub» - deyə S.Şərifov bildirib.

2015-ci ilin ikinci yarısından etibarən neftin dəyərini itirməsi ilə bağlı dekabrın 21-də Mərkəzi Bank ikinci devalvasiyaya getdi. Ölkənin valyuta ehtiyatları kəskin azalmağa başladı. Qiymətlərin bahalaşması ilə yerlərdə etirazlar baş qaldırdı. Bundan sonra hakimiyyət büdcəyə yenidən baxmağa qərar verdi. Yeni büdcədə neftin bir barelinin dəyərinin 25 dollardan götürüldüyü bildirilir. Mövcud büdcədə isə bu 50 dollar götürülmüşdü.

Günün bütün mövzuları

XS
SM
MD
LG