Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:13

F.Beigbeder Tiflisə bilet alıb


Frederic Beigbeder
Frederic Beigbeder

-

Fransız yazıçı Frederic Beigbeder'in Gürcüstana səfər tarixi açıqlanıb. O, bir həftədən sonra - 11 martda Tiflisdə olacaq.

Bu səfər gürcü və bütövlükdə Qafqaz ədəbiyyatsevərləri üçün mühüm mədəni hadisədir.

F.Beigbeder'in Tiflisə səfər proqramında yerli yazıçılarla görüşlər var. Odur ki, sözügedən səfər Fransada gürcü ədəbiyyatına diqqəti və ümumilikdə Tiflisin mədəni əhəmiyyətini artıracaq.

***

6.02.2016 tarixli xəbər

F.Beigbeder Tiflisə gəlir. Bu haqda Parisdə yaşayan gürcü teleaparıcı və aktrisa Olga Babluani xəbər yayıb.

Bu gəliş kitabsevərlər üçün maraqlı hadisə olacaq. "Dəqiq tarix hələlik bilinmir, amma bunu tezliklə elan edəcəyəm" - O.Babluani öz Facebook səhifəsində bildirib.

Yazıçı Beigbeder "Dünyaya pəncərələr" romanına görə 2003-cü ildə Fransanın "Prix Interallié" ədəbiyyat mükafatını, "Fransız romanı"na görə 2009-cu ildə "Prix Renaudot" mükafatını alıb.

XS
SM
MD
LG