Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:41

Kerry: Rusiya bombalanmanı dayandırmalıdır


John Kerry
John Kerry

-

Rusiya və Assad rejimi Suriyada dinc sakinləri bombalamağı dərhal dayandırmalıdır.

Bunu ABŞ dövlət katibi John Kerry bildirib.

Kerry dekabr ayında Suriyaya təcili humanitar yardım göndərilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qərarına da toxunub. Deyib ki, indi nə Rusiya, nə Assad, nə də Assad-ı müdafiə edənlər bu qərara uyğun hərəkət etmirlər.

John Kerry deyib ki, Rusiyanın atdığı bombaların çoxu hədəfə vurulan bombalar deyil: «Bu bombalar çoxlu sayda qadınların və uşaqların da olduğu dinc sakinləri hədəf alır. Bəzən bir yer bombalandıqdan sonra yaralıları xilas etmək üçün gələnlər vurulur. Buna son qoyulmalıdır».

ABŞ dövlət katibi humanitar yardımların çatdırılması haqqında da danışıb. Bildirib ki, bunun üçün ilk növbədə atəşkəsə nail olmaq lazımdır.

XS
SM
MD
LG