Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:13

-

Fevralın 7-dən etibarən hava şəraiti kəskin dəyişəcək. Bu haqda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti xəbərdarlıq edib.

Departamentin məlumatında Bakıda və Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişəcəyi, arabir yağıntılı olacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 8-10 dərəcə aşağı enəcək.

Qeyri-sabit hava şəraiti fevralın 9-dək davam edəcək.

Hava şəraitinin kəskin dəyişməsi rayonlarda da müşahidə olunacaq. Qərb rayonlarından başlayaraq havanın yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.

XS
SM
MD
LG