Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:36

-

Dünyada tanınmış çağdaş gürcü yazıçı Dato Turashviliyə görə, Gürcüstanın ən yaxşı bədii əsərləri bunlardır:

1. Keşiş Jacob, "Müqəddəs Kral Şişanikin əzabı". 5-ci yüzildə yazılmış bu əsər ilk gürcü romanıdır. Təkcə yazılma tarixinə görə deyil, estetik meyarlara görə də dəyərli əsər hesab edilir.

2. Shota Rustaveli, "Pələng dərisi geymiş qəhrəman". 12-ci əsrdə yazılmış bu poema qərb və şərq poetik-fəlsəfi mədəniyyətini özündə birləşdirir, Gürcü intibahının təzahürü hesab olunur.

3. Vazha-Pshavela, "Ev sahbi, qonaq" və "Aluda Ketelauri" epik poemaları. 19-cu yüzil Gürcü ədəbiyyatında Vazha-Pshavela bugünkü demokratik ölkələrin əsaslandığı dəyərləri yaratmış hesab olunur, onun ən böyük nailiyyəti öz əsərləri ilə çoxluqdan kəskin fərqlənənlərin hüquqlarını müdafiə eməsi olub.

4. Konstantine Gamsakhurdia, "Ayın oğurlanması". Bu roman 20-ci yüzilin əvvəlində Gürcüstanda baş vermiş qaynar hadisələri təsvir və izah edir. O faciəvi hadisələr ki, Gürcüstanın taleyini dəyişdirib, onu Sovet İttifaqının bir hissəsinə çevirdi.

5. Guram Dochanashvili, "İlk geyim". 20-ci əsrdə yazımış bu gürcü romanı nə olursa olsun, gürcülərin mehribanlıq, sevgi, azadlıq kimi bəşəri dəyərlərə sadiq qaldığını göstərir.

Gürcüstan Bugün səhifəsinə istinadla OxuZalı

Günün bütün mövzuları

XS
SM
MD
LG