Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:49

-

Mərkəzi Bankın 2015-ci il hesabatına əsasən, 2008-2015-ci illərdə lisenziyası ləğv edilən bankların sayı 7 olub. Bu 2008-ci ildə lisenziyaları geri alınmış «Poçtbank», «Atlantbank» və 2010-cu ildə eyni aqibətlə üzləşən «Debutbank»dır. Bundan başqa «Birlik Bank»ın 2011-ci ildə, «Royal Bank»ın 2012-ci ildə lisenziyası alınıb. Daha 2 bank isə «Evrobank» və «Azerbaijan Credit Bank»dır.

2016-cı ilin əvvəlindən isə daha 7 bankın –«Bank of Azerbaijan», «Gəncəbank», «United Credit Bank», «NBCBank», «AtraBank», Qafqaz İnkişaf Bankı və «Texnika Bank»ın lisenziyası ləğv edilib.

Bu banklardan «NBCBank» ASC və daha iki bank Mərkəzi Banka digər banklarla konsolidasiya niyyətinin olduqları barədə müraciət edib. Buna görə bu bankların lisenziyasının qüvvədən düşməsi qərarı ləğv edilib.

Ölkədə 43 bank fəaliyyət göstərirdi. 2008-2015-cı illərdə 7, 2016-cı ilin yanvarında 6 bank lisenziyadan məhrum edildi. Bu hesabla artıq ölkədə 30 bank fəaliyyət göstərir. Amma ekspertlər bu sayın 20 banka qədər enəcəyini bildirirlər.

MB-ın bu günlərdəki birləşmək tövsiyəsi də bankların sayının daha da azalacağının təsdiqidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG