Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:14

-

Azərbaycanlılar yaşayan İmir kəndinin yaxınlığında aşkar edilmiş, b.e.ə VI əsrə aid olan neolit dövrün yaşayış məskəninin müdafiəsi tədbirləri həyata keçirilir.

Bu barədə Marneuli icra hakimiyyətindən bildirilib. Xəbəri APA yayıb.

Tarixi arxeoloji qazıntıların sel və çay sularından qorumaq üçün Şulaveri çayının sağ sahilində sahilbərkitmə işləri aparılır. Sahilbərkitmə tədbirlərinin may ayında başa çatacağı nəzərdə tutulur.

Arxeoloji qazıntını qorumaq üçün yerli büdcədən 54 min 856 lari vəsait ayrılıb. Məlumata əsasən, İmir kəndində ilk qazıntı işləri XX əsrin 60-cı illərindən başlanılıb.

İmir kəndi Gürcüstanda azərbaycanlıların kompakt yaşadıqları Marneuli rayonunun inzibati ərazisidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG