Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:33

Alyoşa. İt dəftərində çiçək oldun


Alyoşa
Alyoşa

Yeni şeirlər

-

Alyoşa

Feilin əmr surəsi

1.

Post-modern mağarlarda ölümün yüz adı var

əgər bir ata kimliyi ilə qeydiyyatın varsa yatağa

ən adi bir səhər də aynaya yaramır oyanıb dünəni əsaslandırmaq

dünən ölü bir qalıqdı gələcəyə bölünmür, söz...

sualların heç birində hənirti yoxdu

heç bir cavabda insan yaşamır

bütün cinayətlər mətbəxt əşyalarına bölünmüş

antıq bir insan növünün fəxri vətəndaşı ayaqlarım

öz iyindən qurtulmaz

2.

Mən bir adama ağac dedim və

Dünyanın ən yarım yuxusundan oyanıb əllərim

Evin uşağını açdı cavabsız səslərə

Xəbərsizcə böyütdülər köynəyimizi

Sonuncu müqəddəs məktub döş cibinə enmiş gilə nardı

öldüyümüz bütün qopuşlarda mən gedirəmsə

bu şəhər susuz qalmış dibçəkdi pəncərəyə

sənliyinə aldığım bütünlük ölməkdə zamanın izidir

analar uşaqlarına ana axtarır amma

mən atalıqdan yorulmuş bir erayam məbədim

bakirələr qoxan rəhmdi bütün düşməkliyimizdə tamı

3.

Qapı açmağı necə öyrənibsə bədən

Bütün otaqlar eyni rəngdə və yad dili

Çarəsizlik böyüdülməmiş uşaqdı küsməkdən

O qədər iridir ki əlləri xəstəlik gizlənmə

Adı birinci anasının hənirtisi, çağırmırlar artıq

Yerimək yaşanmamışların məsafəsidirsə

Feilin əmr surəsində yox kəpənək, ölüm və köləlik

Aramızdakı bütün insanlarda mavi çıxar qarşı tərəfə

Hər dəfə yenidənin tamında ana rəhmi var, bütün evlər dişidi

4.

İndi sən də doğuldun deyək hamımız

İt dəftərində çiçək oldun, məsələn çobanı çoban edən qənirə

Bulvar qəzetlərindən yola çıxıb atan bir də çörək olmayıb

Yerində doqquz aylıq bir tam buraxmış ki o qadına deyək hamımız

Biz sənin yuxundan ağır bir gündə hər şeyin boşluqda at kimi kişnədiyi və

Hər şeyin selcəsinə içimizə axışdığı və

Kimsənin dayandıra bilmədiyi o hiss, yoxluq, uyuşmaq,

nəsə etmə acizliyi bombardumanında və

Kor bir quyunun ulduzsuz dibinə yenə və

əllərimi ağaçalara bağladım arzularım uşaq-muşaq qalmış

yenidən içə qayıtmaq üçün axtardığm qadının üzü solğun

yorğun bütün qəlbimizə doluşan taksilər Xəzərə axır

o gecə lampasından asılan gözüm çıxsa qaçaram

hər gün qapısından doğulduğum evə

ey bütün bakılar, boşluğun asta alın yazısı,

yaşamayanlar yaşayanları heç vaxt yaşatmaz

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG