Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:04

Fransada supermarketlərə vaxtı keçmiş ərzaqların atılmasını qadağan edən qanun qüvvəyə minib.

Fevralın 5-də qüvvəyə minən qanuna əsasən, iri mağazalar indən belə bu cür məhsulları eytiyacı olanlara paylamaq üçün xüsusi xeyriyyə təşkilatlarına verməli olacaqlar.

BMT-nin 2014-cü ilin ortalarında yaydığı hesabata görə, ABŞ-da istehsal olunan ərzaq məhsullarının təxminən 40 faizi tullanır.

Həmçinin hər il Avropada 100 milyon ton ərzaq məhsulları atılır.

Dünyada aclıqdan əziyyət çəkənlərin sayı isə 1 milyard nəfərə çatıb.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə, dünyada istehsal olunan ərzaq məhsullarının 1/3-i ya çıxara gedir, ya da təyinatı üzrə istifadə olunmur.

Ötən il Böyük Britaniyada dərc edilən hesabata görə isə zibilxanalara 7 milyon ton qida məhsulları atılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG