Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:02

Ermənistan fevralın 4-dən 5-nə keçən gecə qoşunların təmas xəttində gərginliyin yenidən artması və bir əsgərinin həlak olduğunu bildirir.

Bu barədə separatçı Dağlıq Qarabağ rejimi məlumat yayıb.

Məlumata görə, erməni qüvvələrinin mövqeləri müxtəlif çaplı silahlardan 1500-dəfədən çox atəşə tutulub.

Ölən əsgərin 1996-cı il təvəllüdlü Simon Cavrishian olduğu bildirilir.

Azərbaycanın Müdafiə Nazirliyi hələlik məlumata münasibət bildirməyib.

Amma nazirlik öz növbəsində təmas xətti və cəbhənin müxtəlif istiqamətərində Azərbaycan ordusunun mövqelərinin atəşə tutulduğunu, atəşkəs rejiminin azı 110 dəfə pozulduğunu və cavab atəşi açıldığını bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG