Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 14:09

Sevinc Vaqifqızı prokurorluqda dindirildi


-

Jurnalist, Meydan TV-nin sabiq əməkdaşı Sevinc Vaqifqızı fevralın 5-də dindirilmək üçün Baş Prokurporluğa dəvət edilib. Onun sözlərinə görə, dindirmə iki saat çəkib.

“Dindrimə peşə fəaliyyətimlə bağlı idi. Buna qədər çağıranda “Mingəçevir hadisələri” adı ilə dəvət edilmişdim. Amma onda da “Meydan TV” ilə bağlı suallar olurdu. Bu dəfə isə sırf “Meydan TV”nin fəaliyyətilə bağlı suallar verirdirlər” - deyə S.Vaqifqızı bildirib.

O, qeyd edib ki, dundirməni müstəntiq Əli Babayev aparıb.

Yada salaq ki, “Meydan TV” 2013-cü ilin sonunda yaradılıb və xaricdən yayımlanır.

Bu internet TV-si 2015-ci ilin avqustunda Mingəçevir polis şöbəsində naməlum şəraitdə vəfat edən Bəhruz Hacıyevin ölümü ilə bağlı məsələləri və sonra baş verən aksiyaları ictimailəşdirmişdi.

O zaman rəsmi açıqlamada dindirilməyə çağrılan B.Hacıyevin özünü qəfildən 3-cü mərtəbədən atması göstərilirdi. Ancaq mərhumun valideyinləri intiharla bağlı deyilənləri qəbul etmir, polisdə oğullarına işgəncə verilməsindən şübhələrini dilə gətirirdilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG