Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:22

“Rusiyanın Suriyada hava zərbələri BMT-nin vasitəçiliyi ilə Suriya ilə bağlı sülh danışıqlarını pozur”.

Belə bir bəyanatla fevralın 5-də NATO-nun baş katibi Jens Stoltenberq çıxıs edib.

Baş katib Amsterdamda jurnalistlərə deyib ki, Rusiyanın intensiv hava zərbələri münaqişənin siyasi həllinə yönəlmiş səyləri pozur.

Stoltenberg Amsterdama Avropa Birliyi ölkələri müdafiə nazirlərinin görüşünə qatılmaq üçün gəlib.

“Əsasən də Suriya müxalifət qüvvələrinin hədəf olduğu Rusiyanın aktiv hava əməliyyatlarını genişləndirməsi gərginliyin artması və Türkiyənin hava məkanının pozulmasına səbəb olur”, deyə o bildirib.

Həftənin əvvəllərində Suriya ilə bağlı Cenevrədə aparılan sülh danışıqları dayandırılıb.

Suriyanın hökumət qoşunları Rusiya hərbi-hava qüvvələrinin dəstəyi ilə Hələbdə üsyançıların üzərinə yeni hücuma başlayıb.

Suriya qüvvələrinin Hələb ətrafında xeyli uğur qazandığı və şəhərə doğru irəlilədikləri bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG