Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:07

-

“Günəşli” yatağında baş verən qəzanın Xəzər dənizinin ekoloji durumuna mənfi təsiri olmayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Ekoloji Monitorinq İdarəsinin məlumatında belə deyilir.

Bildirilir ki, ötən il dekabrın 4-də baş verən qəzanın ekoloji təsirlərini öyrənmək məqsədilə ərazidə mütəxəssislərin iştirakı ilə monitorinqlər keçirilib. Qəza baş verən ərazinin müxtəlif nöqtələrindən götürülmüş dəniz suyu nümunələrinin analizi ciddi ekoloji pozuntu baş vermədiyini göstərib.

Nazirlik qəza ərazisində monitorinqin davam etdirildiyini bildirir.

“Günəşli” yatağında qəza baş verən günlərdə ekoloq-ekspertlər olayın Xəzərin ekoloji durumuna mənfi təsirlərinin qaçılmaz olduğunu qeyd edirdilər.

Həmin yanğında 11 neftçinin həlak olduğu, 19-nun isə itkin düşdüyü bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG