Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:33

Sahibkarlar işi bərpa etdilər


-

Fevralın 5-də Bakının «Moskva» Univermağında sahibkarlar işi bərpa ediblər. Bunu AzadlıqRadiosuna orda çalışan sahibkarlar bildirib.

Onların sözlərinə görə, rəhbərlik yer haqqı ilə bağlı ciddi güzəştə gedib: «Bizə hələlik məbləği deməyiblər. Axşam açıqlayacaqlar. Ancaq bildiyimizə görə, ciddi güzəşt olmalıdır».

«Moskva» Univermağının rəhbərliyinin vədindən sonra sahibkarlar ticarətə başlayıblar.

Bir neçə gündür ki, «Moskva» Univermağında qızıl ticarəti ilə məşğul olan bir çox sahibkar yer pulunda güzəşt tələbi ilə alış-verişi dayandırmışdılar. Onlar deyirdilər ki, icarəhaqqı piştaxtanın yerləşdiyi yerə görə, ən azı, 1200 manatdan başlayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG