Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:41

-

Fevralın 6-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti bu məlumatı yayıb.

Şənbə günü paytaxtda gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Qərb küləyi əsəcək, günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Bakıda gecə 5-7, gündüz 12-14 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq, lakin axşam bəzi qərb rayonlarında yağış yağacağı gözlənilir.

Gecə 1-6, gündüz 12-17, dağlarda gecə 3-8, gündüz 8-13 dərəcə isti olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG