Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:26

-

Rasim Qaracanın ilk şeir kitabı "Ölüm haqqında Günəş" yenidən nəşr olunub. Kitabın yenidən işıq üzü görməsi "Başla" qrupunun təşəbbüsü ilə olub. "Başla"çılar kitabı yeni dizayn və interaktiv elemnetlərlə çapa hazırlayıblar. Bu haqda OxuZalına R.Qaraca bildirib.

Kitab 200 səhifədən ibarətdir, ilk kitabda olduğu kimi, şeirlər "əşyalar", "inkar", "erotik", "aranjmanlar", "birlər" başlığı altında toplanıb. Kitabın ikinci nəşri cəmi 100 tirajla buraxılıb.

Müəllifin sözlərinə görə, 2002-ci ildə çıxmış ilk nəşrdə olan şeirlərin bir neçəsi ixtisar edilib, kitab oxuculara yeni redaksiyada təqdim olunur:

"Məni tanıyan, adımı eşidən, ancaq nə yazdığımdan xəbəri olmayan yeni nəsil oxuculara ünvanlanıb bu kitab. Hər hansı şeir kitabının yenidən nəşri şair üçün riskli addımdır, zamanın sınağından çıxmaya bilərsən.

Hər bir yazar, gec-tez, zaman qarşısında imtahan verməlidir. Eləsə, qoy bu kitab da zamana qarşı bir addım olsun" - R.Qaraca deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG